Beyləqan rayonunun Yuxarı Aran, Mil və Bahar kəndlərinə ilk dəfə təbii qaz verilib. 1243 abonenti olan kəndlərin qazlaşdırılması üçün ümumi uzunluğu 61 min 438 metrlik polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.
Kəndlərə təbii qazın verilməsi münasibətilə keçirilən mərasimdə rayon icra hakimiyyətinin, "Azəriqaz" İstehsalat Birliyinin təmsilçiləri, kənd sakinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərasimdə çıxış edənlər sakinləri təbrik edib, əhalinin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıblar.
Kənd sakinləri onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Sonda təbii qazın verilməsini bildirən məşəl alovlandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB