Əsas kapitala 10 milyarddan çox vəsait yönəldilib

Əsas kapitala 10 milyarddan çox vəsait yönəldilib

Cari ilin yanvar-avqust aylarında əsas kapitala 10 milyard 550,1 milyon manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,7 faiz çox vəsait yönəldilib. SİA-nın məlumatına görə, Dövlət Statistika Komitəsindən bildirilib ki, həmin vəsaitin 6 milyard 478,8 milyon manatı (61,4 faizi) məhsul istehsalı obyektlərinin, 3 milyard 369,4 milyon manatı (31,9 faizi) xidmət sahələri üzrə obyektlərin, 701,9 milyon manatı (6,7 faizi) isə ümumi sahəsi 1 milyon 169,5 min kvadratmetr olan yaşayış binalarının tikintisinə sərf edilib.

Əsas kapitala yönəldilmiş vəsaitlərin 6 milyard 076,5 milyon manatını və ya 57,6 faizini daxili vəsaitlər təşkil edib.

Bilavasitə tikinti-quraşdırma işlərinə yönəldilmiş vəsait 2014-cü ilin eyni dövrü ilə müqayisədə 8,4 faiz artaraq, 7 milyard 874,2 milyon manat olub.

Bütün xəbərlər Facebook səhifəmizdə