Bakı-Sumqayıt elektrik qatarı üçün tariflər

Bakı-Sumqayıt elektrik qatarı üçün tariflər

Məlumat verildiyi kimi, nəqliyyat sıxlığının aradan qaldırılması və tıxacların qarşısının alınması, əhalinin ictimai nəqliyyatdan istifadəsinin sadələşdirilməsi və rahatlığının təmin edilməsi məqsədilə Bakı-Sumqayıt istiqamətində dəmiryolu infrastrukturu yenidən qurulub və yeni qatarlar alınıb. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının sentyabrın 14-də keçirilən iclasında "Azərbaycan Dəmir Yolları" QSC-nin müraciətinə baxılıb və Bakı-Sumqayıt-Bakı istiqamətində hərəkət edən elektrik qatarlarında sərnişindaşıma xidmətlərinin tarifləri təsdiq edilib.

Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının Katibliyindən verilən məlumata görə, şuranın qərarı ilə Bakı Dəmir Yolu Vağzalından Sumqayıt Dəmir Yolu Vağzalınadək gediş haqqı 80 qəpik, aralıq stansiyalar üzrə isə şəhərdaxili və şəhərətrafı alternativ nəqliyyat vasitələri ilə sərnişindaşıma tarifləri və stansiyalararası məsafə nəzərə alınmaqla 20-70 qəpik arasında təsdiq edilib. (Cədvəl əlavə olunur). Yeni tariflər bu il sentyabrın 15-dən qüvvəyə minir.

Tarif (qiymət) Şurasının qərarı ilə Şuranın rəsmi internet səhifəsində (www.tariff.gov.az) tanış olmaq olar.

Cədvəl:

Bütün xəbərlər Facebook səhifəmizdə