Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Azərmarka" Məhdud Məsuliyyətli Cəmiyyəti yeni poçt markası nəşr etdirib. Rabitə və Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, marka Şahmat üzrə Dünya Kuboku -Bakı 2015-ə həsr edilib. Nəfis dizaynda hazırlanmış markanın nominal dəyəri 1 manat təşkil edir.
Qeyd edək ki, Bakıda sentyabrın 10-da start verilən Şahmat üzrə Dünya Kuboku yarışları oktyabrın 5-dək davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB