Rusiya OPEC-ə niyə yox dedi? Ekspertdən açıqlama

Rusiya OPEC-ə niyə yox dedi? Ekspertdən açıqlama

"Rusiyanın OPEC-in tərəfdaşlıq təklifinə rədd cavab verməsinə səbəb nizam-intizamın aşağı olmasıdır". Bu sözləri SİA-ya Neft Araşdırmaları Mərkəzinin rəhbəri, ekspert İlham Şaban deyib.

Onun sözlərinə görə, OPEC son zamanlar dünya bazarında neftin qiymətinə nəzrəti itirib: "Rusiyanın OPEC-in tərəfdaşlıq təklifinə rədd cavab verməsinin səbəbini nəhəng neft şirkəti olan "Rosneft"in rəhbəri İqor Seçin öz açıqlamasında dilə gətirib. Seçin bildirdi ki, OPEC son zamanlar dünya bazarında neftin qiymətinə nəzarəti itirib. Bunun səbəbi isə OPEC ölkələri arasında kvotalara dəqiq riayət olunmamasıdır. Məsələn OPEC-in kvotası 30 milyon olduğu halda, gün ərzində 32.5 milyon barelə qədər hasilat görür. Bu OPEC-də nizam-intizamın aşağı olmasından irəli gəlir. Bundan əlavə, Rusiyanın OPEC-ə rədd cavabı verməsinin digər bir səbəbi isə OPEC-ə daxil olan ölkələrin 70 faizindən çoxunun dövlət şirkəti olmasından irəli gəlir. OPEC bazarında hasilatla bağlı administrativ metodlar hökm sürür. Rusiyanın hasilat bazarında 100-dən çox oyunçu mövcuddur. Burada diktə ilə nəisə etmək mümkün deyil. Buna görə də Rusiyanın bu təşkilata üzvlük məsələsi və bununla da hər hansı bir kvotanın saxlanılması məsələsi mümkün olan bir şey deyil".

Bütün xəbərlər Facebook səhifəmizdə