İlham Şaban: “TANAP layihəsində SOCAR-ın maliyyə yükü azalacaq” AÇIQLAMA
"SOCAR əməkdaşlığa getmək istəməsəydi, "Goldman Sachs"la anlaşma baş tutmazdı. SOCAR-ın bu əməkdaşlıqda başlıca məqsədi "Petkim"dəki 2008-ci ildə aldığı pay və ondan sonra artırdığı 168 milyon dollar hesabına 10 faizlik hissənin öhdəliklərini yerinə yetirməkdən ibarətdir". Bu sözləri SİA-ya açıqlamasında Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban deyib.
O qeyd edib ki, SOCAR Türkiyənin "Petkim" şirkətinə səhmlə bağlı ödənişini etmək üçün özünün Türkiyədəki səhmlərinin bir hissəsini satmalı olub: "Öhdəliyin bir qismini SOCAR həyata keçirmişdi, digər hissəsi isə qalmışdı. Təxminən 900 milyon dollarlıq "Petkim"ə ödəniş qalmışdı. "SOCAR Türkiyə Energy" anonim şirkətinin "Goldman Sachs"la 1,3 milyard dollar dəyərində səhm imzalaması 8 il öncə yaradılmış bir şirkət üçün çox böyük önəm idi. Çünki, faktiki olaraq həmin şirkətin indiki dəyərinin 10 milyard dollar olduğu görsənir. Bundan sonrakı fəaliyyət "Goldman Sachs"ı iri şirkət kimi tərəfdaş etmək, həm də "SOCAR-ın Türkiyə"nin nüfuzunu artırmaqdan ibarətdir. "Goldman Sachs" böyük nüfuza malik bankdır. "Goldman Sachs" kimya sənayesi ilə məşğul olacaq bir şirkət deyil. Onların marağı ondadır ki, SOCAR-ın Türkiyədəki layihələrdəki payına investisiya qoyub, ordakı müəyyən paya sahib olmaqdır".
İ. Şaban onu da vurğuladı ki, SOCAR şirkəti "Goldman Sachs"a səhmlərinin bir hissəsini satmaqla özünün nüfuzunu Türkiyədə yüksəltmiş oldu: "Həmçinin, "Goldman Sachs" dolayı yolla TANAP-da pay sahibi oldu. Hər iki şirkətin 2021-ci ildə şirkətin səhmini yenidən satışa çıxarımaq fikri var. Artıq SOCAR-ın Türkiyədəki nüfuzu, ordakı layihələrinin dəyərinin aktuallaşması 5 ildən sonra elə bir səviyyədə olacaq ki, həmin payını indikindən 2-3 dəfə artıq qiymətə sata biləcək. Bəziləri sual verə bilər ki, biz payımızı niyə satdıq və vaxtı gələndə daha baha sata bilərdik. Lakin "Goldman Sachs"ın "SOCAR Türkiyə"də payı olmaqla, onun Türkiyə bazarında nüfuzunun daha artmasına, maliyyə qaynaqlarına daha rahat daxil olmasına imkan verəcək. "SOCAR Türkiyə"nin yaxın 5 ildə inkişaf etməsi üçün "Goldman Sachs" sanki bir dəstək rolunu oynayır. Bu ilin sonuna qədər SOCAR TANAP layihəsindəki payından 7 faizini "SOCAR Türkiyə Energy" şirkətinə satacaq ki, orda da "Goldman Sachs" dolayısı yolla paya malik olacaq. Yəni, onun maliyyələşdirməsində iştirak edəcək. Böyük maliyyə kapitalı olan layihədə SOCAR-ın maliyyə yükü azalacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB