İqtisadi ekspertlərin araşdırmalarına görə qarşıdan gözlənilən qlobal kriz Avropada domino effekti yaradacaq və bu da avronun fəlakətinə gətirib çıxaracaq. SİA-nın Qərb mətbuatına istinadən verdiyi xəbərə görə, mütəxəssislər vurğulayır ki, avro zonası qlobal sarsıntılara qarşı müdafiəsiz qalıb.
"The Bruges Group"un direktoru Robert Oulds bildirib ki, 2008-ci ildəki qlobal böhrandan sonra Avropa təzəcə özünə gəlməyə başlamışdı: "Avro zonasının hələ də böyük problemləri var. Avropa qlobal iqtisadi vəziyyətin endirdiyi hər bir zərbəyə dayana bilməz. Çinin səhmlərini dayandırması bütün ölkələrə təsirini göstərməkdədir. Hazırda qlobal böhran Avropanın fəlakətinə çevrilə bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB