Bu gün Londonun ICE birjasında keçirilən hərraclarda Brent markalı neftin barrelinin qiyməti 43,72 dollara qədər ucuzlaşıb. Bu, 2009-cu ilin mart ayından bəri qeydə alınan ən aşağı göstəricidir. BBC telekanalı xəbər verir ki, dünya bazarında neftin ucuzlaşması fonunda Rusiya rublu da qiymətdən düşür. Bu gün Moskva birjasının açılması ilə dolların məzənnəsi 70 rublu keçərək yanvar minimumuna yaxınlaşıb. Dollarla yanaşı, avronun məzənnəsi də yüksələrək 81rubla çatıb.
Ekspertlər Brent markalı neftin 40 dollara qədər enəcəyi halda dolların 75 rublu keçəcəyini proqnozlaşdırırlar.
Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayev də bu ssenarini istisna etmir. O, neftin barrelinin qiymətinin 40 dollardan da aşağı enə biləcəyi barədə suallara cavab verərkən bunun mümkünlüyünü bildirsə də, "qısa zaman kəsiyini" əhatə edəcəyini vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB