Neftin qiyməti ən aşağı səviyyəsinə düşüb

Neftin qiyməti ən aşağı səviyyəsinə düşüb

Brent markalı neftin qiyməti Çinin böyüməsi ilə bağlı narahatlıqların yüksəlməsindən sonra 43,97 dollara düşərək 6,5 il sonra ən aşağı səviyyəyə düşüb. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Brent markalı xam neftin 1 barelinin qiyməti, əvvəlki həftə Çin səhm bazarındakı volatilitenin təsiri ilə 45,06 dollara düşsə də, həftəni 45,30 dollarla yekunlaşdırmışdı. Analitiklər neftin qiymətindəki kəskin düşüşün tələbdəki azalışla bağlı olduğunu və bu həftə içərisində qlobal deflyasiya riski ilə qarşı – qarşıya qaldığını ifadə edirlər. Brent neft iyun ayından bu günə qədər 32 faiz dəyər itirib. Analitiklər Brent markalı neftin qiymətində 41,70 dollarlıq səviyyənin davam edəcəyini, alışa tələbatın olduğu halda isə 45,50 dollarlıq müqavimət səviyyəsinin olacağını vurğulayırlar. Qərb Teksas markalı xam neftin (WTI) barelinin qiyməti 39,01 dollarla 2009-cu ilin Fevral ayından bu günə qədər ən aşağı səviyyədə olub. Bu dəqiqələrdə Teksas markalı neftin bir bareli üçün 39,25 dollar ödənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə