Vüqar Bayramov: "Manat digər valyutalara nisbətən möhkəmlənib" AÇIQLAMA
"Manat həmin valyutalara nisbətən möhkəmlənib". Bu sözləri SİA-ya açıqlamasında İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert Vüqar Bayramov deyib.
İqtisadçı-ekspert dolların məzənnəsinin artmasının region dövlətlərinə təsirindən danışıb: "Region dövlətlərdə dolların milli valyutaya görə məzənnəsində kəskin dərəcədə artımlar var. Qazaxıstan artıq öz milli valyutasını sərbəst buraxmaq haqda qərar qəbul edib. Bununla da Qazaxıstanda milli valyuta bir gün ərzində 30 faizə yaxın dəyər itirdi. Rusiyada da rublun dəyərində son zamanlar kəskin azalmalar müşahidə olunur. Türkiyədə isə son bir ayda milli valyuta 17 faiz dəyər itirib. Beləliklə, Azərbaycanın bölgədəki tərəfdaşlarının milli valyutaları kəskin şəkildə dəyər itirdi. Bu proses manatın həmin valyutaya nisbətən möhkəmlənməsinə gətirib çıxaracaq. Beləliklə, manatın bölgədəki təzyiqi artacaq. Azərbaycanda manatın məzənnəsi Mərkəzi Bank tərəfindən tənzimlənir. Manatın məzənnəsinin necə dəyişəcəyi ilə bağlı rəsmi qərar Mərkəzi Bank tərəfindən elan olunacaq".
Ekspert bildirib ki, bu devalvasiya bölgədəki ticarət əlaqələrinə də təsir edəcək: "Digər dövlətlərdə baş verən devalvasiya ölkə əhalisini narahat edə bilər. Lakin qonşu dövlətlərdə baş verən devalvasiya manatın digər valyutalara nisbətən möhkəmlənməsinə səbəb olacaq. Azərbaycanın idxal etdiyi məhsullar həmin ölkələrdə daha baha satılacaq. Həmin ölkələrdən Azərbaycana idxal isə ucuzlaşacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB