Taner Yıldız: “Əsas məsələ Türkiyə və Rusiyanın maraqlarının qorumasıdır"

Taner Yıldız: “Əsas məsələ Türkiyə və Rusiyanın maraqlarının qorumasıdır"

Türkiyə və Rusiya "Türk Axını" layihəsi ilə əlaqədar müzakirələrini davam etdirir. Burada əsas məsələ hər iki ölkənin də maraqlarının qorumasıdır. Bu sözləri Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız deyib.

"Türk axını" layihəsi ilə 63 milyard kubmetr Rusiya qazının Türkiyədən keçməklə Avropaya çatdırılması nəzərdə tutulur. Bu həcmin 47 milyard kubmetrinin Avropanın, 16 milyard kubmetrinin isə Türkiyənin daxili tələbatının ödənilməsi üçün istifadə edilməsi planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə