Gürcüstanda “Fuse Tea” içkisinin istehsalına başlanılıb

Gürcüstanda “Fuse Tea” içkisinin istehsalına başlanılıb

Gürcüstanın "Coca-Cola Botllers Corcia" şirkəti sərinləşdirici "Fuse Tea" içkisinin istehsalına başlayıb. Şirkət bu məhsulun istehsalı üçün 5 milyon dollar sərmayə qoyub. "Fuse Tea" içkisinin yaxın günlərdə Azərbaycan, Türkiyə və Orta Asiya ölkələrinə ixracı nəzərdə tutulub.

Bu barədə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyindən məlumat verilib.

Cari ilin yanvar-iyul aylarında Gürcüstanın xarici ölkələrə mal ixracı 24 faiz azalaraq 269 milyon ABŞ dolları təşkil edib. Yeni məhsulun ixracı ilə ölkənin mal ixracatının artacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə