"Düzgün vergi siyasəti aparmasaq büdcəni doldurmaq qeyri-mümkündür". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Əli Əlirzayev vergi ödənişləri ilə problemi olan sahibkarlara sanksiyaların tətbiq olunması ilə bağlı münasibət bildirərkən deyib.
O bildirib ki, vergilər qanunvericiliyə uyğun ödənməlidir: "Əgər sahibkar vergidən qaçırsa, vergini ödəmirsə və ya onu təhrif edirsə, ödənilən verginin miqdarını azaldırsa təbii ki, ona sanksiyalar tətbiq edilə bilər. Cinayət Məcəlləsində sanksiyaların hansı formada tətbiq olunması da qeyd olunub. Təbii ki, vergilərin qoyulmasında inzibati faktorlar da hesablanmalıdır. Bəzən sahibkarlar vergilərdən yayınır və yaxud gecikdirir. Bu zaman sanksiyalar tətbiq edilə bilər. Əgər tətbiq edilmirsə, onda gərək heç kim vergi ödəməsin. Vergi qanunvericiliyə uyğun tənzimlənməlidir. Sanksiyaların qoyulması qanunvericiliyə əsasən tətbiq olunmalıdır. Qanuni faktorlara əsaslanmadan sanksiya tətbiq edilə bilməz. Əgər qanunvericilikdən kənar sanksiya tətbiq olunursa bu düzgün deyil. Vergilər vaxtında verilmirsə və ya əksik verilirsə bu zaman qanunla təyin olunmuş şəkildə sanksiyalar tətbiq olunmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB