“Azəriqaz” bu il 35,6 min qaz sayğacı quraşdırıb

“Azəriqaz” bu il 35,6 min qaz sayğacı quraşdırıb

Cari ilin yanvar-iyul ayları ərzində "smart" tipli qaz sayğacları ilə təchiz olunmuş istehlakçılara müvafiq xidmətlərin göstərilməsi, müraciətlərdən asılı olaraq "Azəriqaz" İB-nin müvafiq strukturlarından tələb olunan məlumatların əldə olunması və bu məlumatlar əsasında abonentlərə xidmətlərin göstərilməsi ilə əlaqədar 35 558 müraciət daxil olub. Bu barədə SİA-ya Azərbaycan Dövlət Neft Şikrətinin (SOCAR) mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, müraciətlərin hamısı tam icra edilib.

Qeyd edək ki, müraciətlər Bakı şəhərindəki 1, 2, 3 və 4 saylı "ASAN Xidmət" mərkəzləri vasitəsi ilə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə