Yeni hava limanına metro xətti çəkiləcək İstanbulda

Yeni hava limanına metro xətti çəkiləcək İstanbulda

İstanbulda tikilən 3-cü beynəlxalq hava limanına yeni metro xətti tikiləcək. Anadolu Agentliyinin məlumatına görə, "3-cü Hava limanı – Gayrəttəpə" metro xəttinin tikintisi üçün 2016-cı ildə tender keçirilməsi nəzərdə tutulur. Bu xətt sərnişinlərin şəhərin bütün istiqamətlərindən 3-cü hava limanına hərəkətini rahatlaşdıracaq. Üçüncü hava limanının 2018-ci ildə istifadəyə verilməsi nəzərdə tutulur.

Xatırladaq ki, "Gayrəttəpə" stansiyası "Yenikapı-Hacıosman" metro xəttinə daxildir.

Sabir Şahtaxtı

Bütün xəbərlər Facebook səhifəmizdə