İki nəhəng şirkət 13 mindən çox işçisini ixtisar edir

İki nəhəng şirkət 13 mindən çox işçisini ixtisar edir

Neft qiymətlərinin sürətlə aşağı düşməsi dünyanın iki böyük neft şirkəti olan "Shell" və "Centrica Pic"in büdcəsinə kəskin dərəcədə təsir edib. SİA-nın "Haber7.com"a istinadən verdiyi xəbərə görə, hər iki şirkət bu il ümumilikdə 13 min 500 nəfər işçinin fəaliyyətinə son qoyacaq.

"Shell" şirkətinin rəsmi saytından verilən xəbərə görə şirkət xərcləri və sərmayəyə yönəldilən pul miqdarını azaldacaq. Ötən ilə nisbətən bu il sərmayəyə qoyulan vəsait 7 milyard dollar azaldılacaq.

İngilis şirkəti "Cerntrica Pic" isə 5 il ərzində gəlirlərini 750 milyon sterlinqə qədər azaltmağı planlaşdırır. Buna görə də şirkət 6 min işçini ixtisar edəcəyini açıqlayıb.

Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə