Yunanıstanda yeni təlaş başlayıb

Yunanıstanda üç həftə sonra açılan banklarda sərmayə çıxışı nəzarəti davam edir. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, banklarda kirayəlik kassası olanların banklara axın etməsi qorxusu bütün ölkəni bürüyüb. Buna görə də, banklara müraciət yeni sistemə keçirilib. Yunanıstanda sərmayə çıxışına nəzarətin qoyulması səbəbilə 29 İyundan etibarən bağlı olan banklar dünən açılıb. 3 həftədir ATM-lərdən gündə sadəcə 60 avro çəkə bilən yunan xalqı, sərmayə çıxışı nəzarətinin davam etməsi səbəbi ilə banklara yalnız kirayəlik kassaların və bank kartlarının çıxarılması üçün gedir. Kirayəlik kassa sahiblərinin banklara hücum edəcəyi qorxusu ölkənin hüquq- mühafizə orqanlarında narahatlıq hissi doğurub.

Bütün xəbərlər Facebook səhifəmizdə