“Azeri LT CIF” 4% ucuzlaşıb

Bu gün Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 2,12 dollar yaxud 3,57% ucuzlaşıb. Azərbaycan Dövlət Neft Şirkətindən SİA-ya verilən məlumata görə, hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 57,29 dollara bərabərdir.

Azərbaycan neftinin qiyməti ötən həftənin sonunda 63,29 dollar/barel, dünən isə 59,41 dollar/barel olub.

Bütün xəbərlər Facebook səhifəmizdə