Qida təhlükəsizliyi ilə bağlı seminar keçirilib FOTO

Qida təhlükəsizliyi ilə bağlı seminar keçirilib FOTO

2015-ci ilin iyul ayının 2-də Kənd Təsərrüfatı Nazirliyində Avropa Birliyinin ölkə ofisinin və Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə qida təhlükəsizliyi məsələlərinə həsr olunmuş seminar keçirilib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, seminarda Avropa Birliyinin ölkə ofisindən proqram meneceri Olaf Heidelbax, AB-nin ekspertləri məruzəçilər Stilinos Koulouris və Şura Tabachnikoff, Kənd Təsərrüfatı, Səhiyyə, İqtisadiyyat və Sənaye Nazirliklərinin, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin və digər əlaqədar qurumların nümayəndələri iştirak ediblər.

Seminarı giriş sözü ilə Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlığın inkişafı şöbəsinin müdiri Qalib Əbdüləliyev açaraq Avropa Qida Təhlükəsizliyi Orqanı (EFSA) və bu orqanla respublikamız arasında əməkdaşlığın perspektivləri barədə məlumat verib.

Seminarda Avropa Birliyinin qida təhlükəsizliyi sahəsində respublikamızda maliyələşdirdiyi layihələr, Avropa Birliyi ölkələrində qida təhlükəsizliyi üzrə risklərin tədqiq edilməsi, risklərin idarəçiliyi və kommunikasiya məsələləri üzrə qanunvericilik, icra mexanizmləri, idarəçilik, inzibati quruluş və s. məsələlər haqqında təqdimatlar olub.

Təqdimatlardan sonra müvafiq sahələr üzrə müzakirələr və fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə