TANAP-ın tenderinə altı şirkət dəvət ediləcək

TANAP-ın tenderinə altı şirkət dəvət ediləcək

Trans-Anadolu qaz boru kəməri – TANAP layihəsinin dənizdən keçən hissəsində boru kəməri, o cümlədən də fiberoptik kabellərin alınması, çəkilməsi və tikinti işləri üçün elan olunan tenderə altı şirkət dəvət ediləcək. Türkiyə KİV-ləri xəbər verir ki, ümumi uzunluğu 1850 kilometr olan TANAP-ın Mərmərə dənizindən keçəcək hissəsində 2015-ci ilin ikinci yarısından başlanılacaq tenderdə "Micoperi S.r.l.", "MRTS-Fernas İnşaat AŞ Joint Venture", "Saipem S.p.A", "Swiber Offshore Construction PTE Ltd.", "TL Offshore Sdn. Bhd. (a Sapura Kencana Petroleum Group Company)" və "Valentine Maritime Ltd. Honeywell AŞ" şirkətləri iştirak edəcək.

Azərbaycanın "Şahdəniz-2" yatağından hasil olunacaq qazı Türkiyəyə və qardaş ölkədən də Avropaya nəqlini nəzərdə tutan TANAP-ın 2018-ci ildə istismara verilməsi planlaşdırılır. İlkin mərhələdə kəmərlə ildə 16 milyard kubmetr qaz nəql olunacaq.

TANAP-ın səhmdarlarının bu layihədə payı belədir: "Cənub" qaz dəhlizi" Qapalı Səhmdar Cəmiyyəti (QSC) - 58 faiz, BOTAŞ - 30 faiz və bp şirkəti - 12 faiz.

Bütün xəbərlər Facebook səhifəmizdə