2015-ci ilin may ayı ərzində BTC əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 386 min 815 ton Azərbaycan nefti nəql olunub. Dövlət Neft Şirkətindən SİA-ya verilən xəbərə görə, cari ilin yanvar-may aylarında bu kəmərlə 11 milyon 946 min 559 ton neft ötürülüb. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2015-ci il iyun ayının 1-ə qədər BTC-yə 275 milyon 771 min 491 ton neft vurulub.
Bundan başqa, 2015-ci ilin may ayında BTC kəməri ilə 482 min 622 ton Qazaxıstan və Türkmənistan nefti nəql olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB