Səfir Caspian Energy-nin nümayəndə heyətini qəbul edib FOTO

Səfir Caspian Energy-nin nümayəndə heyətini qəbul edib FOTO

İraqın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Heydər Şiyə Əl-Barrak Caspian Energy İnternational Media Group-un prezidenti və baş redaktoru Natalya Əliyevanı, Caspian Energy İnternational Media Group-un baş direktoru Rasim Mahmudovu və Caspian Energy News-un müxbiri Səbinə Məmmədovanı qəbul edib. SİA-nın xəbərinə görə, görüş zamanı Caspian European Club və Caspian Energy İnternational Media Group çərçivəsində əməkdaşlığın genişləndirilməsi imkanları, həmçinin İraqın baş naziri Hayder Əl-Abadinin müsahibəsinin dərci planlaşdırılan İraq iqtisadiyyatının inkişafına həsr olunmuş xüsusi nömrənin buraxılışı müzakirə olunub.

Səfir Heydər Şiyə Əl-Barrak Caspian European Club və Caspian Energy İnternational Media Group-un fəaliyyətini yüksək qiymətləndirib. O qeyd edib ki, Caspian Energy jurnalının iqtisadiyyat və energetika bölmələri İraqda xüsusi maraqla qarşılanır. Səfir www.caspianenergy.net saytında və dünyanın 50 ölkəsində yayımlanan Caspian Energy jurnalında dərc olunan məqalə və materialları izlədiyini diqqətə çatdırıb.

O, Caspian Energy jurnalında İraq iqtisadiyyatı barədə məqalə və müsahibələrin dərcində maraqlı olduğunu bildirib.

Görüşün sonunda İraqın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Heydər Şiyə Əl-Barrak Caspian Energy jurnalına eksklüziv müsahibə verib.

Azərbaycanla İraq arasında əməkdaşlığın perspektivlərindən bəhs edən səfir Heydər Şiyə Əl-Barrak Caspian Energy-yə verdiyi müsahibəsində vurğulayıb ki, "2014-cü ildə ölkələr arasında əmtəə dövriyyəsi 354 milyon dollar təşkil edib. Biz bu məbləğin 2015-ci ildə artacağını gözləyirik".

Onun sözlərinə görə, İraqın Neft Nazirliyi və Azərbaycan Respublikasının Energetika Nazirliyi arasında memorandumun imzalanması ilə neft sahəsində sarsılmaz strateji əməkdaşlığın təməli qoyulub". Bundan əlavə, diplomat qeyd edib ki, "İraqla Azərbaycan arasında qaz sahəsində əməkdaşlığın və digər sahələr üzrə kadr potensialının inkişafı ilə bağlı sövdələşmə əldə edilib".

Bütün xəbərlər Facebook səhifəmizdə