Sumqayıtdan Bakıya gələnlərə şad xəbər

Sumqayıtdan Bakıya gələnlərə şad xəbər

"Bakıya gətirilən yeni elektrik qatarları Avropa Oyunları müddətində Bakı sərnişin stansiyasından Koroğlu metro stansiyası yaxınlığındakı Koroğlu dayanacağına qədər sərnişinləri, idmançıları, qonaqları daşıyacaq". Bu sözləri SİA-ya açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov deyib.

Onun sözlərinə görə, Avropa Oyunları yekunlaşdıqdan sonra Bakıya gətirilən elektrik qatarları Bakı – Sumqayıt arasında fəaliyyət göstərəcək: "Bakı – Sumqayıt arasında dəmir yollarında əsaslı təmir işləri həyata keçiririk. Hal- hazırda bu işlər davam etdirilir. Avropa Oyunları qurtarana qədər yəqin ki, bizim işlərimiz yekunlaşacaq. Bundan sonra qatarlar Bakı – Sumqayıt arasında çalışacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə