Vüqar Bayramov: “Tikinti sektorun inkişafı dövlət başçısının diqqətindədir” AÇIQLAMA

Vüqar Bayramov: “Tikinti sektorun inkişafı dövlət başçısının diqqətindədir” AÇIQLAMA

"Son dəyişiklik tikinti sektorunda vətəndaşlara xidmət edəcək". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyev şəhərsalma və tikinti məcəlləsinə dəyişiklik etməklə tikinti şirkətlərinə məsuliyyətin artırılması, işin icra edilməsində dövlət nəzarətinin gücləndirilməsi və tikinti sektorunun gücləndirilmiş və təhlükəsiz olaraq formalaşmasına imkan verəcək: "Azərbaycanda son illər tikinti sektorunda müəyyən fəaliyyətlər həyata keçirilir. Bu istiqamətdə işlərin daha sürətli aparılmasına, nəzarət mexanizmlərinin gücləndirilməsinə ehtiyac olur. Cənab Prezident İlham Əliyev tərəfindən imzalanan şəhərsalma və tikinti məcəlləsinə dəyişiklik etməsi Fərmanı, tikinti sahəsindəki əhəmiyyəti ondan ibarətdir ki, keyfiyyət standartları tətbiq edilməklə nəzarətin gücləndirilməsinə praktik olaraq təhlükəsiz və eyni zamanda təmamilə nəzarət edilən tikinti sektorunun formalaşmasına imkan verəcək. Amma sözsüz ki, tikinti sektorunda yenə də əvvəlki kimi liberal, iqtisadi münasibətlərə uyğun olaraq özəl şirkətlərlə fəaliyyət göstərməsi üçün istənilən imkanı yaradır. Bu da artıq imkan verəcək ki, tikinti şirkətlərinə məsuliyyət artırılsın və məsuliyyətin icra edilməsində dövlət nəzarəti gücləndirilsin. Əslində Cənab Prezidentin son imzaladığı fərmanın tikinti sektorunda keyfiyyət standartının artırılmasının vacibliyi və bu sektorda dövlət nəzarətinin gücləndirilməsinin əhəmiyyətinə xüsusi diqqəti kimi qiymətləndirmək lazımdır. Nəzərə alsaq ki, Azərbaycan Dövlət başçısı hər zaman bütün sektorlarda dövlət nəzarətinin gücləndirilməsinə, şəffaflığın artırılmasına və yeni keyfiyyət və innovasiya standartlarının tətbiq qedilməsi ilə bağlı fəaliyyətləri dəstəkləyir, o baxımdan, son fərman da tikinti sektorunda həm keyfiyyət standartlarının yenidən formalaşması və tətbiq edilməsinə dövlət nəzarətinin gücləndirilməsi bu sektorun şəffaflığın artırılmasına Azərbaycan vətəndaşlarının keyfiyyətli tikinti məhsullarının xidmətindən istifadəsinə gətirib çıxaracaq. Bu baxımdan son dəyişiklik tikinti sektorunda vətəndaşlara xidmət edəcək dövlət nəzarət mexanizminin daha mükəmməl , şəffaf dövlət nəzarət mexanizminin formalaşmasına imkan verəcək və son dəyişikliklər onu göstərir ki, bütün sektorlar kimi tikinti sektoru da keyfiyyət dəyişikliyi və sektorun inkişafı Dövlət Başçısının diqqətindədir".

Səbiyyə Əliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə