Bakıda beynəlxalq sərgi keçirilir FOTOLAR

Bakıda beynəlxalq sərgi keçirilir FOTOLAR

Bu gün Azərbaycan Beynəlxalq Qida Sənayesi "WorldFood Azerbaijan 2015" və "9-cu Azərbaycan Beynəlxalq "Kənd təsərrüfatı" ("CaspianAgro 2015") sərgisi Bakı Ekspo Mərkəzində start götürüb. SİA-nın məlumatına görə, sərginin ekspozisiyası Bakı Ekspo Mərkəzinin iki pavilyonunu və açıq meydançasını əhatə edir. Bu il sərgi şirkətlərin sayına və əhatə etdiyi əraziyə görə 15 % artım nümayiş etdirməklə, dünyanın 33 ölkəsini təmsil edən 15 şirkəti bir arada toplayıb. Eksponentlərin ümumi sayının 26 %-ni təşkil edən yerli istehsalçı və distribyutorlar da böyük fəallıq göstərirlər. Hər il sərgi yeni iştirakçıları cəlb edir. Bu il Azərbaycan, Amerika Birləşmiş Ştatları, Əlcəzayir, Çexiya, Niderland Krallığı və digər ölkələrin şirkətlərindən ibarət olan debütantlar sərgi iştirakçılarının 40 %-ni təşkil edir. Sərgidə fərdi stendlərlə yanaşı, 5 xarici kollektiv ekspozisiya da yer alır. Argentina, Avstraliya, Belarus, Litvsa və Polşanın müəssisə və fabriklərinin nümayəndələri sərgi ziyarətçilərinə istər uzun illər sevilən, istərsə də Azərbaycan bazarı üçün yeni olan məhsullarını təqdim edirlər.

Qeyd edək ki, ümumilikdə iştirakçılar öz məhsullarını üç əsas istiqamət üzrə təqdim edirlər: Qida sənayesi, İçkilər və Texnologiyalar. Sərgi kənd təsərrüfatı ilində qida sənayesi üzrə yeni məhsulların geniş çeşidini təqdim edir. Sərgi mayın 23-ə qədər Bakı Ekspo Mərkəzində keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə