"Azərbaycan orbitə peyk buraxır, mötəbər yarışlar təşkil edir. İndi də Azərbaycan I Avropa Oyunlarını təşkil edəcək". Bu sözləri SİA-ya verdiyi açıqlamasında "KoçSistem Türkiyə"nin İdarə Heyətinin rəhbəri Məhmət Nalbandoğlu deyib.
Onun sözlərinə görə, Azərbaycanın I Avropa Oyunlarını təşkil etməsi gələcək baxımından öz töhfəsini verəcək. Azərbaycan hazırlıq müddətində fərqli bir dövr yaşayıb: "Belə bir beynəlxalq hadisələri Azərbaycanın təşkil etməsinin, ölkənin inkişafı, dünyaya inteqrasiyası baxımından müsbət təsirləri olacaq. Avropa Oyunlarına hazırlıq müddəti boyunca Azərbaycanda çox fərqli bir dövr yaşandı".
Məhmət Nalbandoğlu onu da qeyd etdi ki, I Avropa Oyunlarına hazırlıq mərhələsində Azərbaycan bütün səyləri dəyərləndirib. Yarışların uzunmüddətli töhfəsi üçün düşünülmüş siyasətib ortaya qoyulacağına isə şübhə yoxdur: "Eyni zamanda belə bir tədbirləri ərsəyə gətirə bilmək üçün texnologiyanın da təməlini hazırlamaq vacib idi. Hesab edirəm ki, bu sahədə də bütün addımlar layiqincə dəyərləndirilib. I Avropa Oyunlarının Azərbaycana böyük töhfəsi olacaq. Bu töhfəni uzunmüddətli bir avantaja çevirmək üçün belə bir mötəbər tədbirdən sonra nələrin ediləcəyi sualına cavab vermək lazımdır. Əks –təqdirdə qoyulan investisiya işlədilməmə riski ilə qarşılaşa bilər. Mən hesab edirəm ki, belə bir mötəbər tədbirdən sonra düşünülmüş siyasətin ortaya qoyulacağına şübhəm yoxdur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB