Vitse-prezident: “Azərbaycan AI-95 benzini istehsal edəcək” AÇIQLAMA
"Azərbaycanda AI-95 benzini istehsal olunacaq. Emal səviyyəmiz 6 milyon 500 min tondan biraz çoxdur". SİA-nın məlumatına görə, bu sözləri Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) emal üzrə vitse-prezidenti David Məmmədov bu gün Caspian European Club çərçivəsində keçirilən biznes-forum zamanı jurnalistlərə verdiyi açıqlamasında deyib.
Onun sözlərinə görə, AI-92 benzinin istehsalı ilə əlaqədar olaraq qərar qəbul edilib. AI-95 benzini isə xaricdən idxal olunur: "Qərar qəbul olunub ki, daxili tələbatı ödəmək üçün 2014-cü ilin Aprel ayından başlayaraq, mövcud zavodlarımızı ancaq AI-92 benzini istehsal etsin. AI-95 benzininə olan tələbat isə ancaq idxal olunsun. Bu həm də ekoloji mühitin nisbətən yaxşılaşmasına da xidmət edir. Çünki Avro – 5 benzini və Avro – 6 dizeli hal- hazırda dünya üzrə istehsal olunan ən təmiz yanacaqdır. Ekologiyaya onun mənfi təsiri isə minimumdur. Nəzərə alsaq ki, AI-95 benzinin istifadəçiləri əsasən özəl şirkətlər və imkanlı vətəndaşlardır, bu böyük bir sosial gərginliyə yol vermir".
David Məmmədov onu da qeyd etdi ki, neft emalı zavodları 2018-ci ilə qədər rekonstruksiya olunduqdan sonra AI-95 benzini də istehsal ediləcək: "Hal – hazırda biz bu proqramla işləyirik. AI-92 benzini istehsal edirik və onun kütlə payı ümumi benzin istehlakında hazırda 95 %-dir. AI-95 benzini hazırda həm bizim şirkət Azərbaycana gətirir, həm də bazarda ən böyük şəbəkəyə malik olan "Azpetrol" şirkəti gətirir. 2018-ci ildə bizim neft emalı zavodlarımız rekonstruksiyadan sonra yenidən AI-95 benzinini istehsal edəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB