David Məmmədov: “Zavodun köçürülməsi gündəmdə olan məsələ deyil” AÇIQLAMA

David Məmmədov: “Zavodun köçürülməsi gündəmdə olan məsələ deyil” AÇIQLAMA

"Azərbaycan Respublikası Dövlət Neft Şirkəti "Azərneftyağ" neft emalı zavodunun köçürülməsi haqqında heç vaxt danışmayıb". SİA-nın məlumatına görə, bu sözləri Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) emal üzrə vitse-prezidenti David Məmmədov bu gün Caspian European Club çərçivəsində keçirilən biznes-forum zamanı jurnalistlərə verdiyi açıqlamasında deyib.

Onun sözlərinə görə, "Azərneftyağ" neft emalı zavodunun köçürülməsi hələ ki, gündəmdə deyil. Zavod 2015-ci ilin 1-ci ayından etibarən birləşməyə başlayıb. Lakin hələ ki, sexlərin hər biri hazırda fəaliyyət göstərir: "Zavodun köçürülməsi gündəmdə olan bir məsələ deyil. İki neft emalı zavodu 2015-ci ilin yanvarın 1-dən etibarən birləşir. Zavod daxilində sexlərin hər biri hazırda fəaliyyət göstərir".

Bütün xəbərlər Facebook səhifəmizdə