Ekologiya İdarəsində məşq keçirilib

Ekologiya İdarəsində məşq keçirilib

Azərbaycan Respublikasının "Mülki Müdafiə haqqında" Qanunu, Nazirlər Kabinetinin Qərarı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında fövqəladə hadisələrdən müdafiə sahəsində əhalinin hazırlanması Qaydaları" və idarənin "2015-ci il üçün Mülki Müdafiə tədbirlər planı"na əsasən mayın 6-da Ekologiya İdarəsində "Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili" mövzusunda rəhbər heyətin mülki müdafiə məşqi keçirilib. SİA-nın xəbərinə görə, məşq Ekologiya İdarəsinin ərazisində rəhbər heyət, Fövqəladə Hallar Komissiyası, Mülki Müdafiə Qərargahının üzvləri və Mülki Müdafiə Qüvvələrinin komandir-rəis heyəti cəlb edilməklə keçirilib. Məqsəd fövqəladə hadisələr zamanı mülki müdafiə idarəetmə orqanları işçilərinin mühafizəsi və fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması işlərinin təşkili üzrə fəaliyyətlərinin təkmilləşdirilməsi olub. Məşq zamanı komandir-rəis heyətinin funksional vəzifələri dəqiqləşdirilmiş, manqaların fəaliyyət prinsipləri məşq iştirakçılarına izah olunaraq, manqa komandirlərinin məruzələri dinlənilib. Məşqin sonunda cəlb edilən qüvvələrin iştirakı ilə yekun toplantı keçirilib, nəticələr müzakirə edilərək ümumilikdə qənaətbəxş hesab olunub. Məşqin keçirilməsi barədə SOCAR-ın Mülki Müdafiə Qərargahına və Nizami rayon Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsinə məlumat göndərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə