Azərbaycan heç bir zaman ticarət yönümlü xarici borclanmaya getməyib
Azərbaycan heç bir zaman ticarət yönümlü xarici borclanmaya getməyib. Bu gün buna kəskin ehtiyac duyulmur. Bu barədə Azərbaycanın maliyyə naziri Samir Şərifov məlumat verib.
S.Şərifov deyib: "Dövlətimizin başçısının göstərişləri ondan ibarətdir ki, Azərbaycanın xarici borcları nəzarətdə saxlanılsın və artmasın. Şübhəsiz ki, bəzi ölkələr gəlirləri azaldıqda müvəqqəti iqtisadi siyasət tədbiri kimi xarici borclanmaya gedə bilər. Hesab edirəm ki, bu, Azərbaycan üçün o qədər vacib deyil. Keçən il Azərbaycan ilk dəfə olaraq beynəlxalq bazarlarda xarici valyutada ifadə olunmuş öz dövlət istiqrazlarını yerləşdirib. Əvvəllər isə Azərbaycanın bütün borclanmaları konkret layihələrlə bağlı olub. Yəni, bunlar konkret olaraq, ölkəmiz üçün vacib fiziki və sosial infrastrukturu maliyyələşdirən layihələrdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB