Asiya İnkişaf Bankının Rəhbərlər Şurası Asiya İnkişaf Fondunun kredit əməliyyatlarını Adi Kapital Resurslarının balans hesabatı ilə birləşdirilməsi üzrə mühüm bir təşəbbüsü təsdiq edib. Bu birləşmə AİB-in illik ümumi kredit və qrant ayırmaları üzrə büdcəsini 20 milyard ABŞ dollarına, yəni hazırkı səviyyənin 50-%-i həcmində artırılması üçün şərait yaradacaq. AİB-in yoxsul ölkələrə yardımı 70%-ə qədər artacaq.
SİA-nın verdiyi məlumata görə, bu barədə AİB-in prezidenti Takahiko Nakao bu gün keçirdiyi mətbuat konfransında deyib. Bildirib ki, bu islahat AİB üçün çox önəmlidir. Belə ki, 2017-ci ilin yanvar ayından etibarən qüvvədə olacaq bu islahat, xüsusi olaraq yoxsul ölkələrə AİB-in kredit qabiliyyətini artıracaq. Prezident diqqətə çatdırıb ki, yeni təşəbbüsə əsasən, adi kapital resursları 2017-ci ilin yanvar ayına kimi 18 milyard ABŞ dollarının təxminən 53 milyard ABŞ dollarına qədər üç dəfə artacağı gözlənilir. Birgə maliyyələşdirmə ilə, AİB-in illik yardımları 2014-cü ildə 23 milyard ABŞ dolları səviyyəsindən qalxaraq növbəti illərdə 40 milyard ABŞ dollarına çatacaq. AİF ilə yalnız müvafiq ölkələrə qrant yardımı təmin edən donor olaraq saxlanılacaq: "Bu təşəbbüsü qələbə kimi qiymətləndirmək olar. Belə ki, bu islahat az gəlirli üzvlər üçün maliyyə dəstəyinin artıracaq, orta gəlirli ölkələrdə əməliyyatları və özəl sektor layihələrini artıracaq və AİF donorlarının yükünü azaldacaq. Biz mövcud ehtiyatlardan daha effektiv və səmərəli istifadə etməklə iqtisadi artımın qorunub saxlanılması işində ölkələrə yardım göstərilməsini davam etdirəcəyik. Regionun yoxsul ölkələri bizim və gələcək nəsillərin asılı olduğu təbii ehtiyatların və ekosistemlərin mühafizə etməklə iqtisadi inkişafın qorunub saxlanılması üçün daha çox yardıma ehtiyac var".
Qeyd edək ki, konfransda jurnalistlərin sualları da cavablandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB