27 aprel 2015-ci ildə Bakı şəhərində MDB Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şuranın Metrologiya üzrə Elmi-Texniki Komissiyasının 41-ci və "Nəzəri Metrologiya" üzrə İşçi Qrupun 15-ci iclası öz işinə başlayıb. Komitənin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, tədbirdə Azərbaycanla yanaşı Rusiya, Belarus, Ukrayna, Qazaxıstan və Qırğızıstanın standartlaşdırma üzrə milli orqanlarının, Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şuranın və Avrasiya İqtisadi Komissiyasının nümayəndələri iştirak edirlər.
İclası giriş sözü ilə açan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin metrologiya şöbəsinin müdiri Elçin Abbasov metrologiya sahəsində qurulmuş beynəlxalq və regional əməkdaşlıqdan, bu sahədə əldə olunan uğurlardan danışmışdır. Onun sözlərinə görə metrologiya sahəsinin inkişafı və təkmilləşməsi nəticəsində səmərəliliyinin artırılması bazar iqtisadiyyatı şəraitində xüsusi əhəmiyyət kəsb edir. İstər dövlət maraqları, istərsə də biznes mühitinin yaxşılaşdırılması və xarici investisiyaların cəlb olunması baxımından beynəlxalq təşkilatlarla qurulan əlaqələr və belə tədbirlərin ölkəmizdə keçirilməsi təqdirəlayiqdir. Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şuranın məsul katibi Nikolay Soneçdə çıxış edərək beynəlxalq təşkilatların tədbirlərinə ev sahibliyi təcrübəsinə mükəmməl yiyələnmiş Azərbaycanda olmaqdan məmnunluq ifadə etmiş və metrologiya sahəsinin inkişafı üçün ölkələr və təşkilatlar arasında iş və fikir mübadiləsinin aparılmasının vacib olduğunu bildirib.
Dövlətlərarası Şuranın Metrologiya üzrə Elmi-Texniki Komissiyasının 41-ci və "Nəzəri Metrologiya" üzrə İşçi Qrupun 15-ci iclası çərçivəsində Tipin təsdiqi məqsədilə ölçmə vasitələrinin yoxlanılması, kaliblənməsi, metroloji attestasiyası, sınaqların nəticələrinin tanınması, 2015-ci ilə qədər olan müddət ərzində Dövlətlərarası Şuranın Fəaliyyət Planını həyata keçirilməsi üzrə 2016-2020-ci illər ərzində inkişaf strategiyasının icrasına dair Dövlətlərarası Şuranın təklifləri, qarşılıqlı mübadilə edilən enerji daşıyıcılarının qeydiyyatı və keyfiyyətinin təkmilləşdirilməsi üzrə dövlətlərarası normativ sənədlərin hazırlanması planları, Dövlətlərarası və COOMET təşkilatları arasında əməkdaşlıq və qarşılıqlı fəaliyyət üzrə protokolun həyata keçirilməsi və digər cari məsələlər müzakirə edilib.
Tədbir cari ilin 29 aprelinə qədər davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB