"Azərbaycanın iqtisadi və siyasi həyatında son dövrlər bir sıra dəyişikliklər baş verib. Bunların ən əhəmiyyətlisi təbii ki, TANAP layihəsidir". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Nicat Hacızadə deyib.
Onun sözlərinə görə, Azərbaycanın layihəsi beynəlxalq səviyyədə maraqla qarşılanır. Lakin bu layihəyə diqqət etdikdə Avropanın ikili standartlarının şahidi oluruq: "TANAP layihəsi çərçivəsində Azərbaycan dünyaya həm iqtisadi, həm siyasi cəhətdən inteqrasiya edir. Azərbaycanın son layihəsi həm ölkə daxilində, həm də beynəlxalq təşkilatlar və ölkələr tərəfindən təqdirəlayiq şəkildə qarşılanıb. Amma qeyd edim ki, xoşməramlı ölkələrlə bərabər, Azərbaycanın uğurlarına sevinməyən ölkələr də var. Azərbaycanın iqtisadiyyatının gücləndirilməsi həmin ölkələrə həm siyasi, həm də iqtisadi cəhətdən sərf etmir. Qərblə Rusiya arasındakı son münaqişələr bildiyiniz kimi Azərbaycan Rusiya münasibətlərinə də təsir edir. Qərbin iki tərəfli mövqeyi yenə son hadisələrdə özünü göstərdi. Son dövrlər Ukraynaya qarşı siyasi və iqtisadi sanksiyalar səngimir amma qərbin yenə ikiüzlü siyasətinin şahidi olduq və Rusiya artıq yenidən öz iqtisadi qüvvətini bərpa etmək üzrədir. Bu da təbii ki, Qərb hər zaman ikili standartlara toxunur".
Nicat Hacızadə onu da vurğuladı ki, Azərbaycan TANAP layihəsi ilə Rusiyanın Avropaya nəql etdiyi mərkəzləri hədəf seçmir. Buna görə də, Rusiyaya bu layihə mənfi təsir etmir: "Bu məsələnin Azərbaycana da təsir etməsi haqqında onu deyə bilərəm ki, Rusiya ilə Azərbaycan arasındakı münasibətlər həm iqtisadi, həm də siyasi cəhətdən daim olaraq inkişaf edib. İki ölkə arasındakı ticarət saldosu yetərincə müsbətdir və bu iki ölkə arasındakı münasibətlərə heç nə təsir edə bilməz. Bundan başqa Rusiya və Azərbaycan hər ikisi neft və qaz istehsalçısı olan ölkələrdir. Təbii ki, Azərbaycanın TANAP layihəsi çərçivəsində istehsal etdiyi qazın miqdarı Rusiyanın Avropaya istehsal etdiyi qazın miqdarından çox deyil. Rusiyanın Şərqi Avropa ölkələrilə Mərkəzi Avropanın bəzi ölkələrinə nəzər salsaq ortada 200 milyard kubmetr qaz istehsalı var. Azərbaycanın qaz istehsalı Rusiyanın qaz ixrac etdiyi ölkələrə hədəflənməyib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB