Mərkəzi Bank seminar keçirib FOTOLAR

Mərkəzi Bank seminar keçirib FOTOLAR

Mərkəzi Bank tərəfindən "Bilik mübadiləsi" layihəsi çərçivəsində Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri üçün "Elektron bankçılıq: mövcud vəziyyət və inkişaf perspektivləri" mövzusunda seminar keçirilib.Mərkəzi Bankdan SİA-ya verilən xəbvərə görə, seminarın keçirilməsində məqsəd bu sahədə ali təhsil müəssisələrinin tələbələrinin maarifləndirilməsi və elektron bankçılıq xidmətlərindən istifadənin təşviq edilməsindən ibarətdir.

Tədbir zamanı seminar iştirakçılarına elektron bankçılıq xidmətlərinin üstünlükləri, inkişaf istiqamətləri, bu sahədə mövcud vəziyyət və mütərəqqi beynəlxalq təcrübə barədə ətraflı məlumat verilmiş, həmçinin mövzu üzrə suallar cavablandırılıb.

Qeyd edək ki, Layihə çərçivəsində ölkədə nağdsız hesablaşmaların həcminin artırılması və nağdsız ödənişlərin əhatə dairəsinin genişləndirilməsi məqsədilə silsilə tədbirlər həyata keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə