SOCAR biznes – forum keçirib

Caspian European Club çərçivəsində Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımovun iştirakı ilə biznes-forum keçirilib. SİA-nın məlumatına görə, Forumda Caspian European Club prezidenti Telman Əliyev, klub nümayəndələri Əbülfəz Hacıyev, Azər İsayev, Şükür Ağazadə, Anar Bayramov, həmçinin Azərbaycan Dövlət Neft Şirkəti və TÜSİAB nümayəndələri ilə birlikdə yerli və xarici işadamları iştirak edib.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov Şirkətin Azərbaycan iqtisadiyyatında tutduğu yerdən danışıb. O qeyd edib ki, dünyada neftin qiyməti aşağı düşdükdən sonra Dövlət Neft Şirkəti bir çox layihələr həyata keçirir: "Dövlət Neft Şirkətinin Azərbaycan iqtisadiyyatında tutduğu yer hamıya məlumdur. Dünyada neftin qiymətində keçən ilin Avqust ayından etibarən başlayan düşüş Azərbaycan Respublikası Dövlət Neft Şirkətini müəyyən tədbirlər həyata keçirməyə vadar edib. Biz bunu əvvəlcədən proqnozlaşdırdığımız üçün hələ 2 il əvvəl layihələrə start vermişik".

Tədbir Caspian European Clubun prezidenti Telman Əliyevin çıxışı ilə davam etdirilib və bundan sonra Forum mətbuat üçün qapalı elan olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə