Vüqar Bayramov: “Bir çox ölkələr Azərbaycanın təcrübəsini öyrənir" AÇIQLAMA - SƏS TV
"Azərbaycan korrupsiyaya qarşı mübarizə tədbirlərində özünün xüsusi modelindən istifadə edir". Bu sözləri SİA-ya iqtisadçı ekspert Vüqar Bayramov açıqlamasında deyib. Onun sözlərinə görə, Azərbaycan korrupsiya ilə mübarizədə özünün metodu olan ASAN xidmətdən yararlanır. Bu da bir çox ölkələr tərəfindən nümunə olaraq götürülür: "ASAN xidmətin bir sıra ölkələr tərəfindən təcrübə olaraq öyrənilməsi, korrupsiyaya qarşı mübarizədə Azərbaycanın bu modelindən istifadə edilməsi ölkəmiz üçün böyük əhəmiyyət kəsb edir. Təbii ki, ASAN xidmət birmənalı şəkildə Azərbaycanda korrupsiyaya qarşı mübarizənin gücləndirilməsində, eləcə də iqtisadi və sosial islahatların sürətlənməsinə imkan yaradır. Məhz buna görədir ki, bu gün bir çox, hətta qonşu ölkələr belə Azərbaycan modelinin təcrübəsini öyrənməyə çalışırlar.
Ekspert onu da qeyd edib ki, ASAN xidmətin elektron şəkildə işləri həyata keçirməsi insanlarla məmur arasında olan təmasını minimuma endirir. "ASAN xidmət korrupsiyaya qarşı mübarizədə elektron xidmətin istifadə olunması deməkdir. Xidmətlər elektronlaşıb, bu da çəmurla insanlar arasında olan əlaqəni minimuma endirir. Belə olan halda korrupsiyaya qarşı mübarizə daha da güclənir və ölkədə korrupsiya ilə bağlı halların kəskin şəkildə aşağı düşməsinə gətirib çıxardır. Azərbaycan son illər korrupsiyaya qarşı mübarizədə kifayət qədər ciddi işlər görüb, fəaliyyətlər həyata keçirib. Korrupsiyaya qarşı mübarizədə elektron xidmətlərin, həm dövlət xidmətlərinin, həm də digər xidmətlərin elektronlaşdırılması praktiki olaraq yeni bir islahat növüdür".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB