"Könüllü (icbari) sığorta məsələsi ilə bağlı Dövlət Sosial Müdafiə Fondunun Avropa Birliyi ilə birgə layihəsi fəaliyyət göstərir". Bu sözləri Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev jurnalistlərə verdiyi açıqlamasında deyib. Onun sözlərinə görə, könüllü sığorta ilə bağlı layihəyə keçən ilin may ayında start verilib. Bu ilin sonunadək layihə yekunlaşacaq: "Layihə ötən ilin may ayında start götürüb, cari ilin noyabr ayının sonunda yekunlaşacaq. Layihənin əsas məqsədi, könüllü sosial siğortalanma sahəsində həm dövlət pensiya sistemində yeni komponentin tətbiqi, həm də özəl pensiya fondlarının fəaliyyətinin tənzimlənməsi üçün qanunvericilik bazasının yaradılmasıdır".
Elman Mehdiyev onu da vurğuladı ki, könüllü sığorta ilə bağlı ölkədə geniş qanunvericilik bazasına ehtiyac var. Gələcəkdə könüllü sığorta vəsaitləri hesablanaraq pensiyada nəzərə alınacaq: "Könüllü siğortalanmanın respublikada tətbiq olunması bir neçə istiqamətdə geniş qanunvericilik bazasının hazırlanaraq ortaya qoyulmasını tələb edir. Bunların ilk növbədə fərdi hesablar əsasında könüllü sığortalanmanın yaradılması sistemidir. Bu böyük infrastruktur tələblərini reallaşdırmağı nəzərdə tutur. Həmin fərdi hesablara yığılan könüllü vəsaitlərin maliyyə bazarında yerləşdirilməsinə dövlət nəzarət edir. Burda əldə olunan gəlirlərin gələcəkdə akkumlya olunaraq yenidən pensiya hesablanmasında nəzərə alınması mexanizmləri ortaya qoyulmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB