İsmayıl Hüseynov: “İpoteka şərtləri rayonlarda da eyni olacaq” AÇIQLAMA

İsmayıl Hüseynov: “İpoteka şərtləri rayonlarda da eyni olacaq” AÇIQLAMA

"Artıq yeni təklif paketində ipotekanın rayonlarda da inkişaf etdirilməsi məsələsi nəzərə alınıb". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert İsmayıl Hüseynov deyib. Onun sözlərinə görə, ipotekanın verilməsi ilə bağlı yeni təklif paketi hazırlanıb. Belə şəhərdə ipoteka bina evlərinə tətbiq ediləcək, digər fərqlilik isə rayonlarda da ipoteka verilişinin inkişaf etdirilməsidir: "İpoteka kreditlərinin verilməsində yeni təkliflər paketi iqtisadçılar tərəfindən hazırlanıb. Burada əsas məsələ şəhərlərdə ipotekanın bina evlərinə verilməsi ilə bağlıdır. Bakıda tətbiq edilən ipoteka şərtləri rayonlara da şamil olunacaq".

Ekspert həmçinin onu da vurğuladı ki, ipotekanın rayonlarda verilişi zamanı faiz dərəcələrinin endirilməsi məsələsi gündəmdə deyil, lakin gələcəkdə mümkündür. Rayonlarda veriləcək ipoteka kreditləri zamanı evlərin özü girov qoyulacaq: "İpotekanın verilməsində bankların verdiyi kreditlərin faiz dərəcələrində hazırda hər hansı bir yenilik olmasa da, gələcəkdə müəyyən dərəcədə azalmanın olması gözləniləndir. Məsələn normal halda Bakıda tətbiq edilən faiz 8-dirsə, rayonlarda veriləcək ipoteka kreditinə 7 - 6 faiz tətbiq edilə bilər. Bunu indidən dəqiq demək olmur. Girov məsələsinə gəldikdə isə, rayonlarda da ipotekaya alınan evlərin elə özləri girov olaraq qoyulacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə