Rabitə və Yüksək Terxnologiyalar Nazirliyinin tabeliyində Yüksək Texnologiyalar Parkında aprelin 11-də startapçılar üçün növbəti təlim keçiriləcək. Nazirlikdən SİA-ya verilən məlumata görə, təlim "Startup Azərbaycan 2015" müsabiqəsinin iştirakçıları üçün təşkil olunur. Təlim "Biznes - ideyalar. Biznes planların tərtib edilməsi. İnvestor axtarışı", "İdeya - Layihə - İnvestor" mövzularına həsr olunacaq.
Tədbirdə Yüksək Texnologiyalar Parkının, "Startap Azərbaycan 2015" rəhbərliyinin, beynəlxalq və yerli ekspertlərin və İT biznes sahəsində çalışan sahibkarlar iştirak edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB