Əli Əlirzayev: “Ekoloji proqnozlar əsasında tədbirlər görülməlidir” AÇIQLAMA
"Meşəçilik təsərrüfatlarının inkişafı ya dövlətin, ya fermerin, ya da sahibkarın hesabına olmalıdır". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Əli Əlirzayev deyib.
Onun sözlərinə görə, dövlət meşəçilik təsərrüfatının inkişaf etdirilməsi üçün dəstək verməlidir. Beləliklə həm erroziya, həm sürüşmə, həm də çirklənmənin qarşısı alınmış olar: "Dövət taxıl istehsalına, əkilməsinə görə kreditlər verə bilər. İstər pul krediti, istərsə də lizinq yolu ilə olsun dövlət meşəçilik təsərrüfatının inkişafına dəstək verməlidir. Ekoloji çirklənmənin, erroziya və torpaq sürüşməsinin qarşısını almaq üçün isə qabaqlayıcı tədbirlər lazımdır. Şoranlaşmanın qarşısını almaq üçün bir neçə il əvvəldən tədbir görülməlidir ki, şoranlaşma, sürüşmə, bu kimi müxtəlif problemlərin qarşısını asanlıqla almaq mümkün olsun".
Ekspert həmçinin bildirdi ki, ekoloji proqnozlarla bağlı məlumat bazası yaradılmalıdır. Gələcəkdə hansı ərazilərdə torpaqların yararsız hala düşməsi ilə bağlı məlumat verilərək, həmin ərazilərə vəsait ayrılmalıdır: "Ekoloji praqnozlar əsasında tədbirlər görülməlidir ki, əvvəlcədən hadisə haqqında məlumat olsun. Ona görə də mənə elə gəlir ki, dövlətin özünün proqnoz xarakterli konseptual baxımından ətraf mühitin qorunması, erroziyaların qarşısının alınması, təbii tərəflərin qorunması üçün vəsait ayrılmalıdır. hər il hektarlarla yaşıllıq məhv olur. Onu yadda saxlamaq lazımdır ki, əks təqdirdə əlimizdə olan meşələr də məhv olub gedəcək. Bunun öz xərci var, maddi imkan daxilində bunu həll etmək olar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB