Mobil infrastruktur bazarının həcmi artıb

Mobil infrastruktur bazarının həcmi artıb

"LTE" şəbəkələrinin inkişafı sayəsində dünya mobil infrastruktur üçün avadanlıq bazarında mədaxil 10 faiz artaraq 2014-cü ilin yekunları üzrə 46,8 milyard dollar təşkil edib. SİA-nın məlumatına görə, bu barədə "Infonetics Research" tədqiqat şirkətinin məlumatında deyilir: "Biz həmişə bu fikirdə olmuşuq ki, "LTE" bütün mobil infrastruktur bazarını canlandıracaq və bu, hazırda baş verir. 2014-cü ildə "LTE" seqmentində mədaxil 2013-cü illə müqayisədə 69 faiz artıb".

Məlumata görə, ötən il "4G/LTE" mobil infrastruktur üçün avadanlığın satışından 22 milyard dollar, "2G/3G" şəbəkələrindən 25 milyard dollar qazanc əldə olunub. Bununla yanaşı, analitiklər güman edirlər ki, "LTE" şəbəkələrinin tikinti miqyası artıq ən yüksək həddə çatıb. Bu səbəbdən 2016-cı ildən bazar "5G"-nin tətbiqinədək davam edəcək uzunmüddətli tənəzzül dövrünə daxil olacaq. "Infonetics"in proqnozuna görə, 2019-cu ildə mobil infrastruktur (2G/3G/4G) üçün avadanlıq bazarının ümumi həcmi 2014-cü ildəki 47 milyard dollardan 27 milyard dollaradək azalacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə