Vüqar Bayramov: “ADNŞ-ın layihələri təxirə düşməyəcək” AÇIQLAMA

Vüqar Bayramov: “ADNŞ-ın layihələri təxirə düşməyəcək” AÇIQLAMA

"Neftin dünya bazarında qiymətinin aşağı düşməsi Dövlət Neft Şirkətinin layihələrinin təxirə düşməsinə gətirib çıxarmayacaq". Bunu SİA-ya açıqlamasında iqtisadçı ekspert Vüqar Bayramov söyləyib.

Bildirib ki, Dövlət Neft Şirkətinin gəlirlərinin əhəmiyyətli hissəsi, daxili neft satışı hesabınadır: "Azərbaycanda Neft şirkəti tərəfindən həyata keçirilən daxili neft satışında hər hansı bir azalma müşahidə edilmir və bundan söhbət belə getmir. Bu da imkan verir ki, Dövlət Neft Şirkəti öz layihələrini həyata keçmək imkanına malik olsun. Eyni zamanda Dövlət Neft Şirkəti praktiki olaraq əvvəlki illərdən investisiya mənbələrini şaxələndirə bilib. Bu həm özünü ARDNŞ tərəfindən vəsaitlərin Avropa iqtisadiyyatına yönləndirilməsi ARDNŞ tərəfindən yalnız yanacaq və enerji layihələrinin maliyyələşdirilməsi deyil, eyni zamanda qeyri-neft sektorunda layihələrin maliyyələşdirilməsini həyata keçirməkdən ibarətdir. ADNŞ tərəfindən müxtəlif daşınmaz əmlaka, eləcə də qiymətli sənədlərin alınmasına yönəldilən vəsaitlərin investisiyası praktiki olaraq ARDNŞ-nə imkan verir ki, neftin dünya bazarında qiymətinin aşağı düşməsi fonunda belə fəaliyyətini davam etdirə bilsin və birmənalı şəkildə bu ARDNŞ-nin ciddi təsirlənmə riskini minimuma endirsin. Bu baxımdan dünya neft bazarında neftin qiymətinin aşağı düşməsi neft ölkələri üçün əhəmiyyətlidir. Ancaq ARDNŞ -nin layihələrinin təxirə salınması anlamına gəlmir. ADNŞ praktiki olaraq həmin dövrdə də öz investisiyalarını həyata keçirmək imkanlarına malik olacaq. Belə ki, ARDNŞ, neft şirkəti olmaqla yanaşı, həm də qeyri-enerji sektoruna da çalışır. Bu da imkan verir ki, ARDNŞ neftin dünya bazarında qiymətinin aşağı düşməsinə baxmayaraq növbəti illərdə də həm enerji, həm də qeyri-enerji sektorundakı investisiya qoyuluşlarında fəaliyyətini davam etdirə bilsin".

Bütün xəbərlər Facebook səhifəmizdə