“Palçıq pilpiləsi” yatağındakı meydança təmir edilib

“Palçıq pilpiləsi” yatağındakı meydança təmir edilib

"Neft Daşları" NQÇİ-nin istismar etdiyi "Palçıq pilpiləsi" yatağındakı 1304 nömrəli meydançada əsaslı təmir işləri başa çatdırılıb. Azərbaycan Dövlət Neft Şirkətindən (ARDNŞ) SİA-ya verilən xəbərə görə, meydançadakı hasilat quyularının səmərəliliyinin artırılması, eləcə də burada yerləşən texnoloji avadanlıqların təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə aparılan təmir işləri zamanı korroziyaya uğramış metal-konstruksiyasılar və yararsız vəziyyətə düşən dəmir-beton plitələr yenisi ilə əvəz olunub, 20 ədəd svay vurulub, 17 ədəd rigel, 14 ədəd fəza ferması və 1 ədəd minik meydançası quraşdırılıb. 1400 kvadratmetr sahəni əhatə edən meydançada təmir işləri "Neftqaztikinti" Trestinin 4 saylı Tikinti-Quraşdırma İdarəsi tərəfindən həyata keçirilb.

Qeyd edək ki, 1983-cü ildə istismara verilmiş və dənizin 14 metr dərinliyində yerləşən 1304 nömrəli meydançada 4 hasilat quyusundan sutkada 20 tona yaxın neft, 1500 kubmetr qaz hasil olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə