İstehlakçıların nəzərinə MÜNASİBƏT

İstehlakçıların nəzərinə MÜNASİBƏT

"Son günlər manatın məzənnəsinin zəifləməsi, avro və dolların artması ilə əlaqədar olaraq bəzi süni qiymət artımları müşahidə olunur". Bunu SİA-ya açıqlamasında İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri, iqtisadçı ekspert Ruslan Atakişiyev söyləyib.

Bildirib ki, burada əsas iki məsələ diqqət mərkəzindədir: "Əgər bir məhsulun xammalı ölkə daxilində istehsal olunursa və qiymət artımı baş verərsə o zaman süni artım hesab edilir. Ancaq hər hansı məhsul xaricdən idxal edilirsə onların qiymət artımı normal qarşılana bilər. Bəzən müşahidə edirik ki, qiymətlər 50% artıb. Bu da həddindən artıq bahalaşma deməkdir və bu öz növbəsində süni qiymət artımı kimi dəyərləndirilir. Hesab edirəm ki, bu məsələ ilə bağlı olaraq İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçıların hüquqları ilə bağlı qanunvericilik bazası əsasında bu tənzimlənməlidir. Qanunvericilikdə süni qiymət artımı ilə bağlı cərimələr də mövcuddur. Bir sözlə istehlakçılar süni qiymət artımı ilə qarşılaşdığı zaman müvafiq dövlət orqanlarına müraciət edib hüquqlarını tələb etməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə