Ziyad Səmədzadə: “Dünyanın qızıl ehtiyatları cəmi 5-6 ölkədə birləşir” AÇIQLAMA

Ziyad Səmədzadə: “Dünyanın qızıl ehtiyatları cəmi 5-6 ölkədə birləşir” AÇIQLAMA

"Vaxtilə Azərbaycanın çox dəyərli alimləri, mütəfəkkirləri islam dəyərləri barədə çox dəyərli fikirlər söyləyiblər. Dünyada müsəlman əhalisi 95 – 100 faiz arasında olan təxminən 20 ölkə var. Bu ölkələrin iqtisadiyyatının dünya iqtisadiyyatında tutduğu yerə diqqət etmək lazımdır". Bu sözləri bu gün Bakıda keçirilən "İslam maliyyəsi: müasir vəziyyət və gələcək gözləntilər" mövzusunda beynəlxalq toplantıda çıxışı zamanı Milli Məclisin deputatı, İqtisadi Siyasət Komitəsinin sədri, iqtisad elmlər doktur Ziyad Səmədzadə deyib.

Onun sözlərinə görə, bu gün islam ölkələri iqtisadi baxımdan dünyadan geri qalırlar. Təəssüf ki, bu geriləmə hələ də davam etməkdədir: "Bu ölkələrin cəsarətli fikirləri ortaya qoyulub. Ama eyni zamanda bu gün müsəlman ölkələrinin özü iqtisadi inkişaf səviyyəsinə görə hələ də geri qalırlar. Bu geriləmə prosesi çox təəssüf ki, hələ də davam edir. İslam maliyyəsi sözü özü də müəyyən mənada mücərrəd xarakter daşıyır".

Ziyad Səmədzadə həmçinin qeyd etdi ki, bu gün dünyadakı qızıl ehtiyatları 5-6 ölkədə birləşir, hansı ki, onlar bu sərvətlərə malik deyillər və iqtisadi inkişaf sahəsində əldə ediblər. Gələcəkdə müsəlman ölkələrinin iqtisadi sisteminin təkmilləşdirilməsi istiqamətində işlər görülməlidir: "Biz hesablama apardıq və gördük ki, dünyanın təbii resurslarının 90 faizinin mövcud olduğu şərq dünyasında qızıl ehtiyatlarının qızıl ehtiyatlarının payı 5-6 faizdən artıq deyil. Dünyanın qızıl ehtiyatları cəmi 5-6 ölkədə birləşir. Hansıları ki, vaxtilə təbii resursları olmayıb. Bunun səbəbi bizim idarəetmə sistemimizin düzgün olmadığına, maliyyə sistemində islami dəyərlərə lazımi qədər qiymət vermədiyimizə görədir. Bu gün çox sevinirəm ki, islam dünyasında bizim Türkiyə kimi dövlətimiz var. Malayziya kimi dinamik inkişaf edən ölkəmiz mövcuddur. Şəriətin müasirləşdirilərək inkişaf etdirilməsi prinsipləri ortaya qoyulmalıdır. Gələcəkdə bütövlükdə müsəlman ölkələrinin iqtisadi sisteminin daha təkmil formada təkmilləşməsinə xidmət edəcək, müasir qlobal çağırışlara da böyük inam bildiriləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə