Bu gün Caspian European Club çərçivəsində biznes – forum keçirilib. SİA-nın məlumatına görə, forumun təşkilatçısı Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi olub. Forumda Azərbaycandan və xarici ölkələrdən işadamları iştirak edib. Tədbirin keçirilməsində əsas məqsəd, rabitə sahəsində ixraca yönəlik layihələrin həyata keçirilməsi istiqamətində işadamları cəlb etmək, investisiya mühiti haqqında onlara ətraflı məlumat vermək olub.
Tədbirdə çıxış edən rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov qeyd edib ki, Azərbaycan artıq inkişaf etmiş ölkələr sırasında yer tutmağa başlayıb. Rabitə sahəsində yatırılan investisiyanın dəyəri artıq 140 milyon dollar səviyyəsində qalxıb. Lakin bütün bunlara baxmayaraq layihələri həyata keçirərkən qənaətə üstünlük verilir: "Sentyabr ayından etibarən neftin qiymətinin dünya bazarında düşməsi ilə bəzi layihələrdə daha diqqətli çalışmağa başlamışıq. Neft Fondundan Nazirliyin həyata keçirəcəyi layihələrə ayrılacaq maliyyələrin bir qismi 2016-cı ilə qədər təxirə salınıb. Artıq xarici banklarla bu layihələr ətrafında danışıqlar aparılır".
Nazir həmçinin vurğulayıb ki, xarici investorların cəlb edilməsi istiqamətində işlər görülür. Xarici investorlarla yerli işadamları da əməkdaşlıq edəcək: "Dövlət tərəfindən ixraca yönəlmiş istehsalata daha çox önəm verilib. Vergi, gömrük dəstəyi ilk növbədə işadamları üçün veriləcək. Daha sonra isə, maliyyə resurslarının ayrılması nəzərdə tutulub. Bunun üçün artıq işlər görülür. Artıq xarici investorların cəlb olunması ilə bağlı işlər aparılır. Xaricdən dəvət dəvət olunan investorlara 50 faiz yerli şirkətlər dəstək verəcək və birgə layihələr həyata keçirə biləcəklər. İstehsal olunan malların xarici bazara çıxarılması isə ən önəmli planlarımızdan biridir".
Nazir çıxışının sonunda rəqəmsal televiziya yayımı və regionlarda rabitə sahəsində görülən işlərdən danışıb: "Rəqəmsal televiziyaların yayımı ilə bağlı təkliflərin hazırlanmasına artıq başlamışıq. Regionlarda da rabitə sahəsində işlər görürük. Artıq yeni internet şəbəkəsinin qurulması və istifadəsi ilə bağlı işlər aparılır. Bununla bağlı cənab Prezidentin də tapşırığı var".
Rəsmi hissənin sonunda rabitə və yüksək texnologiyalar naziri Əli Abbasova Caspian European Clubunun fəxri üzvü adı verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB