Masallıda park-bulvar salınır

Masallı şəhərində Viləş çayının sahili boyunca park-bulvar kompleksinin tikintisinə başlanılıb. Rayon icra hakimiyyətinin tikinti və memarlıq şöbəsinin müdiri Abbas Mikayılov azərtac-a bildirib ki, uzunluğu 750 metr olacaq kompleksin birinci mərhələsinin icrasına start verilib. Bu məqsədlə çayın məcrası müvəqqəti olaraq dəyişdirilib. Hazırda çayın yataq hissəsində qazma və betonlama işləri aparılır. Bəndin hər iki tərəfdən hündürlüyü 3,70 metr, çayın iki sahili arasındakı məsafə isə 10 metr olacaq.

Layihənin birinci mərhələsi çərçivəsində fevral ayının sonunadək park-bulvar kompleksinin 108 metrlik hissəsində işlərin tamamlanması nəzərdə tutulub. Ərazidə tikinti-quraşdırma işləri başa çatandan sonra çayın hər iki sahilində yaşıllıqlar, istirahət, əyləncə və idman meydançaları salınacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə