Ötən il ərzində Azərbaycanda 84,9 min nikah və 12,1 min boşanma halları qeydə alınıb və əhalinin hər 1 000 nəfərinə hesabı ilə bu göstəricilər müvafiq olaraq 9,0 və 1,3 olub. SİA-nın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, ölkədə gənclərin problemlərinin həllinə yönəldilmiş dövlət siyasətinin uğurla həyata keçirilməsi, yeni iş yerlərinin açılması və gənclərin iqtisadiyyata daha çox cəlb olunması miqrasiya saldosunun son illər ərzində müsbət olaraq qalmasına ciddi təsir göstərib.

2014-cü ildə Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən Azərbaycana daimi yaşamaq üçün 1,9 min nəfər gələn və 0,8 min nəfər ölkədən gedən qeydə alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...