Mənsur Bərxudarov: “Azad iqtisadi zona yarana bilər” AÇIQLAMA
"Avropanın Rusiyaya sanksiyaları davam edərsə, bir neçə tərəfli azad iqtisadi zonanın yaradılması mümkün ola bilər". Bunu SİA-ya açıqlamasında iqtisadçı ekspert Mənsur Bərxudarov deyib. Onun sözlərinə görə, əgər vəziyyət belə davam edərsə Azərbaycan, Rusiya, Gürcüstan və Türkiyə arasında azad iqtisadi zona yaradıla bilər: "Yəni buna artıq Avrasiya İqtisadi İttifaqının ümumi maraqları kontekstində yanaşsaq, gələcəkdə Azərbaycan, Rusiya, Gürcüstan və Türkiyə enerji layihələri sahəsində və digər layihələr sahəsində birgə əməkdaşlığı mümkün ola bilər. Dünya iqtisadiyyatının, yəni qlobal iqtisadiyyatın real bazarlar sistemindəki bu günkü durumunda və qərblə Rusiyanın qarşılıqlı sanksiyaları fonunda belə bir azad iqtisadi zonanın yaradılması mümkünsüzdür".
Ekspert həmçinin qeyd etdi ki, əgər Avrasiya İqtisadi İttifaqının genişlənməsi baş verərsə bir neçə tərəfli azad iqtisadi zona yaradıla bilər: "Yəni bu gün Türkiyə, Azərbaycan, Gürcüstan, Rusiya arasında azad iqtisadi zonaların yaranması mümkünsüz görünür. Amma yenə də qeyd etmək istəyirəm ki, gələcəkdə Avrasiya İqtisadi İttifaqının genişlənməsi əgər baş verərsə, bura Rusiya, Belarusiya, Qazaxıstan, Ermənistan, gələcəkdə Qırğızistan və digər ölkələrin bura daxil olması gözlənilir. Bu genişlənmə baş versə, azad iqtisadi zona yarana bilər. Ama hazırki mövcud vəziyyətdə, qarşılıqlı sanksiyaların verilməsi durumunda, yəni bugünkü variantda bu real görünmür".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB