Ölkəmizin neft-qaz sənayesində əhəmiyyətli rola malik "Günəşli" yatağındakı 14-cü dərin dəniz özülündən 256 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib. SİA-nın ARDNŞ-ın saytına istinadən verdiyi məlumata görə, quyu Balaxanı Lay Dəstəsinin IX horizontundan fontan üsulu ilə məhsul verib, 2683-2640 metr intervaldan gündəlik 50 ton neft və 40 000 kubmetr qaz hasilatı ilə istismara daxil edilib.
Quyuda istismar işləri "28 May" NQÇİ tərəfindən həyata keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB